
AQTA: Oktyabrın 25-dən heyvan bazarlarında məhdudiyyətlər tətbiq olunacaq

Sağlamlaşdırma tədbirləri səbəbindən oktyabrın 25-dən etibarən heyvan bazarlarında mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Azərbaycanın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib.
Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına səbəb ola bilər. Bu isə ölkə ərazisində xəstəliklərin baş vermə riskini artırır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) epizootik sabitliyi və bioloji təhlükəsizliyi qorumaq məqsədilə zəruri addımlar atır. Agentlik zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısını almağa çalışır. Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı qərara əsasən, ölkə ərazisindəki heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər qoyulacaq. Sağlamlaşdırma tədbirləri 2025-ci il 25 oktyabr tarixindən etibarən mərhələli şəkildə həyata keçiriləcək. Agentliyin regional bölmələri bu tədbirin icrasını yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə təmin edəcəklər.
Heyvan bazarlarının sahibləri bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərini görməlidir. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq.
Bundan əlavə, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək. Onlara klinik baxış keçiriləcək və laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək. Mümkün infeksiya yayılmasının qarşısını almaq üçün 2025-ci il 25 oktyabr tarixindən etibarən Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika ərazisindən keçməklə tranzit daşınması məhdudlaşdırılır. Həmçinin Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə heyvanların ölkəmizə idxalı da məhdudlaşdırılır (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla).
Qeyd edək ki, ölkə üzrə heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcək. Qərara görə, kəsim məqsədilə ölkəyə idxal edilən heyvanlar 72 saat ərzində kəsilməlidir.
Görülən tədbirlər barədə ictimaiyyətin mütəmadi şəkildə məlumatlandırılması təmin olunacaq. Maarifləndirmə tədbirləri də davam edəcək.
Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ölkə ərazisində heyvan bazarlarında məhdudiyyətlər...
Azəri Xəbər

Bu ölkədən heyvan idxalına məhdudiyyət qoyulacaq
Bugun.az

AQTA vəhşi heyvan və quşlarla bağlı monitorinqlərə...
Bugun.az

Bazar günündən iyulun 5-dək qoyulan qadağaların -...
Son Xeberler

Dönər üçün Yeni Qaydalar: Mənşəyi Təsdiq Olmayan Ə...
Bugun.az

Bakıda tanınmış restoranda müştərilərə istehlaka y...
Bugun.az