
Ölkə ərazisində heyvan bazarlarında məhdudiyyətlər tətbiq olunacaq - BU TARİXDƏN

2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına görə, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün ciddi təhlükə yaradır.
Respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında mənşəyi fərqli olan heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.
Epizootik sabitliyi və bioloji təhlükəsizliyi qorumaq, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülür. Respublika baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisindəki heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər.
Heyvan bazarlarının sahibləri bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görməlidir. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq.
Bundan əlavə, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək. Onlara klinik baxış keçiriləcək və laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam edəcək. Mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika ərazisindən keçməklə tranzit daşınması da məhdudlaşdırılır. Həmçinin, Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların ölkəmizə idxalı 2025-ci il 25 oktyabr tarixindən etibarən məhdudlaşdırılır.
Ölkə üzrə heyvan kəsimi məntəqələri əvvəlki qaydada işlərini davam etdirəcək. Qərara əsasən, kəsim məqsədilə ölkəyə idxal edilən heyvanlar 72 saat ərzində kəsilməlidir.
Görülən tədbirlər barədə ictimaiyyətin mütəmadi şəkildə məlumatlandırılması təmin olunacaq, maarifləndirmə tədbirləri davam etdiriləcək.
Biologiya və biotexnologiya sahəsində yazıram. Genetika və yeni tibbi texnologiyalar çox maraqlı mövzulardır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

AQTA: Oktyabrın 25-dən heyvan bazarlarında məhdudi...
Azəri Xəbər

Bazar günündən iyulun 5-dək qoyulan qadağaların -...
Son Xeberler

Xüsusi karantin rejimi bu gündən daha bir ay uzadı...
Son Xeberler

Bu ölkədən heyvan idxalına məhdudiyyət qoyulacaq
Bugun.az

Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayə...
Cinayət Xəbərləri

Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil ol...
Son Xeberler