Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıda tanınmış restoranda müştərilərə istehlaka yararsız məhsullar verilirmiş

11.03.2025 16:25 111 baxış sayı 1 dəq. oxuma Metbuat
Bakıda tanınmış restoranda müştərilərə istehlaka yararsız məhsullar verilirmiş

Nəsimi rayonu, Tbilisi prospekti 58 ünvanında fəaliyyət göstərən "ATJ" MMC-yə məxsus "Vətən" restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən aparılan yoxlama zamanı emal sahəsində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, iaşə obyektində baytarlıq sənədi olmayan heyvan mənşəli məhsulların və yararlılıq müddəti bitmiş kolbasa məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunə götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı obyektin anbarı və çörək emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: