Son Xeberler
Son Xeberler

02.10.2024 14:25

6 abunə

10

Sabahın Hava Proqnozu: Yağış və Şimşək

Sabahın Hava Proqnozu: Yağış və Şimşək

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də hava dəyişkən olacaq, bəzi yerlərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.


Gecə havanın temperaturu 14-18° isti, gündüz isə 20-25° isti olacaq. Külək əsasən şimal-qərbdən əsəcək, arabir güclənəcək.


Azərbaycanın rayonlarında da bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış və dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağışlar tədricən kəsiləcək.


Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.