Bugun.az
Bugun.az

27.10.2024 09:25

6 abunə

6

Sabahın Hava Proqnozu

Sabahın Hava Proqnozu

Sabahın hava proqnozu açıqlandı.


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Yağış yağmayacaq, lakin gecə və səhər bəzi yerlərdə yağış yağma ehtimalı var. Cənub-şərq küləyi əsəcək.


Gecə 8-11 dərəcə isti, gündüz isə 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-60% olacaq.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti olacaq.