Son Xeberler
Son Xeberler

30.09.2024 17:25

5 abunə

7

Oktyabrın 2-si üçün hava xəbərdarlığı: Yağış, şimşək, dolu və qar

Oktyabrın 2-si üçün hava xəbərdarlığı: Yağış, şimşək, dolu və qar

Hava ilə bağlı xəbərdarlıq! Oktyabrın 2-si Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında 2 oktyabr gününün birinci yarısında fasilələrlə yağış gözlənilir.


Azərbaycanın rayonlarında, xüsusilə dağlıq və dağtəyi rayonlarda 1 oktyabr tarixində, 2-dən 3-ü gündüzədək isə əksər rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.


Qazax-Gəncə, Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgələrində leysan xarakterli intensiv yağış, dolu və yüksək dağlıq ərazilərdə qar yağması ehtimalı yüksəkdir.


Çaylarda sululuğun artması, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçməsi ehtimalı var.


Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı diqqətli olun.