
Azərbaycanda 8 mindən çox vakant müəllim yeri var -

Hazırda ölkə üzrə ümumtəhsil müəssisələrində 8 mindən çox vakant müəllim yeri var.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlərinə görə, ümunmtəhsil müəssisələri ilə yanaşı, peşə təhsili müəssisələrində ümumtəhsil fənləri üzrə vakant yerlər də yaxın günlər ərzində elan ediləcək.
E.Bağırov qeyd edib ki, müəllimlərin işə qəbulu müsabiqəsində appelyasiya müraciətləri başa çatan fənlər üzrə keçid balları artıq müəyyən edilərək açıqlanıb. Digər fənlər üzrə də appelyasiya müraciətlərinə baxılma prosesi başa çatdıqca keçid balları elan ediləcək və vakant yerlərin seçiminə start veriləcək: “Namizədlər imtahan məkanından ayrılmadan nəticələrlə tanış ola bilərlər. Namizəd nəticələr elan olunduqdan sonra iki gün ərzində elektron qaydada appelyasiya müraciəti edə bilərlər. Əsaslı şikayətlər olduqda nəticələrlə bağlı dəyişiklik edilir. Namizədlər yenilənmiş nəticələrlə vakant yerlərin seçiminə qatıla bilirlər. Suallarla bağlı çox az sayda şikayətlər öz təsdiqini tapıb. Əsaslı şikayətlər ümumi sualların sayının heç 1 faiz təşkil etmir”.
E.Bağırov əlavə edib ki, bu il tədris ili başladıqdan sonra da vakant yeri tutan namizədlərlə müsahibələr təşkil olunacaq. Müsahibə nəticəsində namizədin daimi əsaslarla işə qəbul edilməsi müəyyən ediləcək.
Etiketlər
Oxşar xəbərlər

Müəllimlərin əməkhaqqı məsələsinə də baxmalıyıq" -...
Son Xeberler

Müəllim olmaq istəyənlərin nəzərinə:
Son Xeberler

Nazirlik müəllim olmaq istəyən namizədlərə
Son Xeberler

ABŞ-da 11 mindən çox yeni yoluxma halı qeydə alını...
Son Xeberler

Müəllim birinci sinif şagirdini döyüb öldürdü
Son Xeberler

Azərbaycanda koronavirusla bağlı 362 mindən çox te...
Son Xeberler