
Lerikdə müəllim yol qəzasında ölüb FOTO

Lerikdə müəllim yol qəzasında dünyasını dəyişib.
Hadisə Lənkəran-Lerik yolunun Lerik rayonunun Günəşli kəndi ərazisində baş verib.
Belə ki, 1968-ci il təvəllüdlü Əliheydər Feyruz oğlu Eyvazov idarə etdiyi UAZ markalı avtomobillə idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərədəki çaya aşıb və qaya parçasına çırpılıb. Zərbənin gücündən yaralı sürücü çaya düşüb. Nəticəsində avtomobilin sürücüsü rayonun Durğan kənd sakini, kənddə müəllim işləyən Ə.Eyvazov dünyasını dəyişib.
Mərhumun meyidi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər

Lerikdə avtomobil dərəyə aşdı -
Son Xeberler

Şəkidə 15 Yaşlı Gənc Avtomobil Qəzasında Həlak Old...
Bugun.az

Müəllim birinci sinif şagirdini döyüb öldürdü
Son Xeberler

Qarabağ qazisi avtomobil qəzasında öldü
Son Xeberler

Prezidentin köməkçiləri tanınmış videoblogerlə gör...
Son Xeberler

Təyyarədə olan Hökümənin atası danışdı
Bugun.az