🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Müəllimlərin əməkhaqqı məsələsinə də baxmalıyıq" - NAZİRDƏN MÜHÜM AÇIQLAMA

13.09.2020 13:51 641 baxış sayı 2 dəq. oxuma
Müəllimlərin əməkhaqqı məsələsinə də baxmalıyıq" -

Məktəblərdə müəllimin dərs saatının azaldılması hesabına vakant yer yarada bilmərik.

Bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, məktəbdə müəllim hansısa səbəbdən işdən ayrılırsa, bu, həmin məktəbdə vakant yerin yaranması demək deyil.

“Biz yalnız vakant yerlərin sayına deyil, müəllimlərin əməkhaqqı məsələsinə də baxmalıyıq. Bizim iki əsas məqsədimiz var. Bir məqsədimiz bacarıqlı, istedadlı gənc müəllimləri işə cəlb etməkdirsə, digər məqsədimiz müəllimlik peşəsində işləyən insanların əməkhaqqısının yüksək olmasıdır. Bu iki məsələ arasında çox ciddi əlaqə var. Müəllimin əməkhaqqı onun dərs dediyi saatlara bağlıdır. Bu saatların azaldılması hesabına biz vakant yer yarada bilmərik”, - deyə nazir vurğulayıb.

Paylaş: