
Nazirlik müəllim olmaq istəyən namizədlərə MÜRACİƏT ETDİ

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində uğur qazanan namizədlərə müraciət edib.
Nazirlikdən verilən məlumata görə, elektron yerləşdirmələr aparıldıqdan sonra müsabiqədə vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə zəruri sənədlər və işə qəbulun nəticəsinə dair çıxarış göndərilir:
"Nəzərinizə çatdırmaq istəyirik ki, çıxarışın şəxsi səhifələrdə qeyd olunmuş tarixədək aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunması vacibdir. Yalnız çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Əks halda bu, vakant yerdən imtina hesab olunacaq. Bütün bunları nəzərə alaraq sənədlərinizi təqdim etdikdən sonra şəxsi səhifənizə daxil olub çıxarışın təsdiqləndiyini yoxlamağı unutmayın".
Etiketlər
Oxşar xəbərlər

Təhsil Nazirliyi müəllimlər üçün imtahan keçirir
Son Xeberler

Peşə Təhsil Mərkəzi pedaqoji fəaliyyətlə məşğul ol...
Edumap.az Təhsil Portalı

“AGRİCO” MMC təcrübə qazanmaq istəyən gənclərimiz...
Edumap.az Təhsil Portalı

Nazirlik: Müəllimlər spirt almağa məcbur edilə bil...
Son Xeberler

Aqronom Təcrübəçi vakansiyası (Maaşlı)
Edumap.az Təhsil Portalı

Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könül...
Son Xeberler