
"Barselona"dan ayrılmaq istəyən Messiyə Qrizmannın reaksiyası

Məlum olduğu kimi, “Barselona” klubu və futbolçusu Lionel Messi arasında yeni müqavilənin danışıqları dayandırılıb.
Argentinalı futbolçu bu qərarını yorulması və “Barselona”dakı çıxışını bitirmək istəyi ilə əlaqələndirib.
Bu xəbər bütün dünya mediasında böyük ajiotaj yaradıb. Messinin komanda yoldaşı və tez-tez aralarındakı qalmaqallarla gündəmə gəldiyi Antuan Qrizmann bu məsələ ilə bağlı münasibətni bildirib.
29 yaşlı fransalı hücumçu Messinin komandada qalmasını istəyib. Belə ki, Qrizmann Messinin ona "Barselona" karyerasında kömək etməsini istədiyini bildirib.
Fransalı forvard 33 yaşlı Messinin "Barselona"da çıxış etdiyi zaman Neymara və Ansu Fatiyə göstərdiyi dəstəyi onun üçün də nümayiş etdirməsini istəyir.
Qeyd edək ki, Qrizmannın bu yay "Barselona"dan ayrılacağı ilə bağlı məlumatlar yayılıb.
Etiketlər
Oxşar xəbərlər

"Barselona"da görünməmiş qalmaqal:
İdman Xəbər

Messinin "Barselona" xəyalı reallaşır - Detallar
Bugun.az

Flik "Barselona"ya qayıtmaq istəyən Neymarla bağlı...
Bugun.az

Messi "Barselona"dan ayrılır -
İdman Xəbər

"Barselona" Messini bu kluba satmağa razılıq verdi
İdman Xəbər

La Liqadan Messiyə inanılmaz tələb -
İdman Xəbər