İdman Xəbər
İdman Xəbər

30.08.2020 15:45

0 abunə

435

"Barselona" Messini bu kluba satmağa razılıq verdi

"Barselona" Messini bu kluba satmağa razılıq verdi

“Barselona” kapitanı Lionel Messini “Mançester Siti”yə satmağa razılıq verib.

Kataloniya klubu bu transfer üçün İngiltərə təmsilçisindən 280 milyon avro tələb edir.

Bundan başqa, mümkündür ki, "Mançester Siti"nin bir aparıcı futbolçusu "Barselona"ya verilməklə və əlavə 134 milyon avro ödənilməklə bu transfer həyata keçirilsin.

Digər məlumata görə, klubun Messiyə 700 milyon avro təzminat qoyması haqda xəbərlər həqiqəti əks etdirmir.

Bundan əvvəl “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın Messi ilə görüşmək üçün Barselonaya getdiyi bildirilmişdi.

Qeyd edək ki, L.Messi klub rəhbərliyindən narazı olduğu üçün 2021-ci ildə başa çatacaq müqaviləsinə xitam verməyi qərara alıb.

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine