Messi "Barselona"dan ayrılır - SƏBƏB

15.08.2020 13:48 558 baxış sayı 1 dəq. oxuma
Messi "Barselona"dan ayrılır -

Lionel Messi "Barselona"dan ayrılmaq niyyətindədir.

Xəbəri "Cope" nəşri yayıb. İnformasiyada 33 yaşlı hücumçunun Kataloniya təmsilçisinin rəhbərliyindən narazı olduğu bildirilib. Argentinalı futbolçu 2021-ci ildə başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil.

Məlumatda "İnter"in 2021-ci idlə Messini transfer etmək istədiyi bildirilib. Milan təmsilçisi bu keçidə görə 260 milyon avro xərcləmək arzusundadır. Klub futbolçuya 4 illik müqavilə təklif etməyi planlaşdırır.

N
Olimpiya idmanları müxbiri

Olimpiya idman növləri və idmançıların hekayələrini danışmağı xoşlayıram. Qadın idmanının inkişafı mənim ürəyimə yaxın mövzudur.

Bütün məqalələrə baxın
Paylaş: