Aygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi
Azərbaycanlı müğənni Sevil Hacıyeva haqqında maraqlı faktları təqdim edir.
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil alır.
***
Sevil Hacıyeva "Yanğı”, "Köhnə tramvay”, "De, kim eşitsin” kimi mahnıların ifaçısı olub. Onun ən çox duet ifa etdiyi müğənnilərdən biri Samir Bağırov olub.
***
Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan "Karvan”la bağlıdır.
1993-cü ildə "Karvan” qrupu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünmür. O, digər həmyaşıdları və həmkarları kimi dövrün ağır şərtlərindən təsirlənərək, səhnələrdən uzaq düşür.
***
1988-ci ildə "Bakı Payızı- 88” müsabiqəsinin laureatlarından biri olub. "Yurmala” müsabiqəsində gənc musiqiçilərin yarışında iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin finalına çıxır. Daha sonra "Qaya” qrupunun bədii rəhbəri Teymur Mirzəyevin dəvəti ilə qrupda çıxış etməyə başlayıb. Bəstəkar Eldar Mansurovla davamlı əməkdaşlıq edib, onun yazdığı mahnıları oxuyub.
***
Vərəm xəstəliyindən əziyyət çəkən, ailə problemləri yaşayan müğənni tanış olduğu ABŞ vətəndaşının köməkliyi ilə Los-Ancelesə köçür. 8 Sentyabr 1996-cı ildə Ian Mussman adlı biri ilə evlənir.
Həyatının ikinci baharını yaşayan Sevil Hacıyevavərəm xəstəliyindən müalicə olunaraq sağalır, Los-Ancelesdə konservatoriyada təhsil almağa başlayır. Öz pulunu qazanmaq üçün isə gecələr şəhərin prestijli klublarının birində səhnəyə çıxır.
***
Sevil Hacıyeva rəsmi olaraq "Məhdud iş imkanı üçün icazə verilən xarici tələbə” statusunda olub. Sosial Təhlükəsizlik koduna sahib olub.
Sevil Hacıyevanın yaradıcılığının çiçəklənən vaxtı faciəli hadisə onun gənc həyatını yarıda saxlayır. 12 sentyabr 2000-ci ildə bir dostu ilə səhnəyə çıxdığı klubdan evə qayıdan Sevil Hacıyevanın yolunu soyğunçu kəsir. Ciblərindəki pulları tələb edən oğruya tabe olmadığı üçün soyğunçu əvvəlcə Sevilin dostunu güllələyir. Kömək çağırmaq üçün kluba doğru qaçan Sevil Hacıyeva isə belindən vurularaq öldürülür.
***
Öldürülən zaman gənc solistin cəmisi 31 yaşı olur. Karvan qrupunun solisti ölümünün ardından "Hollywood Hills” məzarlığında torpağa tapşırılır.
Oxşar xəbərlər
Erməni əsilli müğənni Aygün Kazımovanı belə təbrik...
Son Xeberler
Vərəmə yoluxma halları rekord həddə çatdı
Tibbi məlumatlar
Bugün Amerikada rekord sayda Koronavirus yoluxması...
Bugun.az
Haiti Baş Nazirinin BMT-dəki Hərəkəti Hamını Heyra...
Son Xeberler
Düz 28 il sonra anasının qəbrini ziyarət etdi - Vİ...
Son Xeberler
“Azərbaycana dəstəyimizə görə Kanada kameralara em...
Son Xeberler