ABŞ-da daha bir afroamerikalı polis tərəfindən güllələndi

03.09.2020 05:31 587 baxış sayı 1 dəq. oxuma
ABŞ-da daha bir afroamerikalı polis tərəfindən güllələndi

ABŞ-ın paytaxtında daha bir afroamerikalı polis tərəfindən öldürülüb.

Bu barədə WJLA telekanalı məlumat verib.

Bildirilib ki, polis küçədə park edilmiş avtomobillərdən birində silahlı şəxslərin olduğu barədə xəbərlərdən sonra hadisə yerinə gəlib. Asayiş keşikçiləri maşına yaxınlaşdıqda, avtomobildə olanların bəziləri qaçmağa başlayıblar.

Polislərdən biri tabel silahından atəş açıb. Nəticədə onlardan biri yaralanıb. Həmin şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: