🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Gürcüstanda iki azərbaycanlı güllələndi - FOTOLAR

24.12.2020 10:25 610 baxış sayı 2 dəq. oxuma
Gürcüstanda iki azərbaycanlı güllələndi -
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli bələdiyyəsinin Rəsulzadə küçəsində 2 etnik azərbaycanlı güllələnib.
 
Hər iki şəxs orta yaşlı kişidir və onlar hüzr yerindən qayıdarkən yolda naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla güllələniblər.
 
Yaralanan şəxslər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
 
Hadisə yerinə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olunub, faktla bağlı araşdırma aparılır.
 
Paylaş: