14.08.2020 10:22
6
abunə
368
Yük və minik maşınları toqquşdu - VİDEO

Abşeron rayonunda yük maşını minik avtomobili ilə toqquşub.

Qəza rayonun Novxanı və Saray kəndlərini birləşdirən yolda baş verib.

31 yaşlı Vicay Baxışov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi “KamAZ” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin ön hissəsi deformasiyaya uğrayıb. Ağır xəsarət alan sürücü Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

 
 

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine