UG.news
Bugun.az
Bugun.az

11.10.2024 07:25

6 abunə

11

Saatlıda Yük Maşını ilə Minik Avtomobil Toqquşdu: Yaralılar Var

Saatlıda Yük Maşını ilə Minik Avtomobil Toqquşdu: Yaralılar Var

Saatlı rayonunda faciəvi bir yol qəzası baş verib.


Hadisə rayonun Əlisoltanlı kəndində qeydə alınıb. "Mercedes-Benz" markalı qoşqulu yük maşını ilə VAZ-2109 minik avtomobili toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi yolun kənarına aşıb.


Qəza zamanı Saatlı rayon sakinləri, 1961-ci il təvəllüdlü Xaqani Firudin oğlu Nuriyev və 1991-ci il təvəllüdlü Şamxal Münasib oğlu İmanquliyev yaralanıblar.


Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma davam edir.