DƏHŞƏTLİ QƏZA: 10 avtomobil toqquşdu,

03.11.2024 10:56 205 baxış sayı 1 dəq. oxuma
DƏHŞƏTLİ QƏZA: 10 avtomobil toqquşdu,

Türkiyənin Afyonkarahisar şəhərində 10 avtomobil toqquşub.

Publika.az xəbər verir ki, iki yük maşını minik avtomobilləri ilə toqquşib. Zəncirvari qəza zamanı 18 nəfər yaralanıb. Əraziyə polis, xilasedicilər, təcili yardım xidməti göndərilib.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Qəza və ərazidə xilasetmə işləri ilə əlaqədar nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Hadisənin başvermə səbəbi açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: