🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

TƏBİB-dən rüşvət ittihamlarına cavab: Bütün həkimlərə nəzarət etmək imkanımız yoxdur

21.12.2020 15:21 537 baxış sayı 2 dəq. oxuma
TƏBİB-dən rüşvət ittihamlarına cavab:
"Bu günlərdə koronaviruslu xəstələrin xəstəxanaya yerləşdirilməsi zamanı rüşvət alınması barədə şikayətlər oldu. Açıqlama verdik, belə bir fakt varsa, əlaqə saxlayın, məlumat verin. Bununla bağlı xüsusi nömrə də ayrılıb. Bir daha qeyd edirəm (051) 513-15-42 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] email ünvanına yaza bilərsiniz”.
 
Bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış sosial şəbəkədə paylaşdığı statusunda bildirib.
 
TƏBİB rəsmisi belə halların mümkün olduğunu bildirib:
 
"Ortada insan faktoru var. Ölkədə yüzlərlə səhiyyə müəssisəsi və minlərlə tibb işçisi fəaliyyət göstərir. Təxminən 100 nəfərlik əməkdaş heyəti ilə 100 000 nəfərlik bir heyətin bütün üzvlərinə nəzarət etmək üçün fiziki imkanımız yoxdur. Ona görə də sizdən kömək istədik. Topladığımız bütün tutarlı faktları araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndəririk”.
Paylaş: