05.08.2020 10:16
6
abunə
530
Deputat: “TƏBİB həkimlərə ayrılan pulları vermir” - İttiham

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) tənqid edib.

Deputat açıqlamasında bildirib ki, iki ay öncə Lənkəranda poliklinikada işləyən həkimlər onun qəbulunda olublar.

“Onların hamısına söz verilmişdi ki, maaşları üç-beş dəfə artıq olacaq. Həmin həkimlər həyatlarını riskə atırlar”, - deyə R.Quliyev söyləyib.

Millət vəkili deyib ki, TƏBİB həmin həkimlərə ayrılan pulları vermir:

“Ona görə də yanıma şikayətə gəldilər. Şikayət ərizəsini götürdüm, neçə dəfə çalışdım ki, TƏBİB-lə əlaqə saxlayım. Məcbur olub iyunun 12-də TƏBİB-ə məktub yazdım”, - deyən R.Quliyev əlavə edib ki, bu günə qədər qurum onun müraciətinə cavab verməyib.

Parlamentari qeyd edib ki, avqustun 4-də TƏBİB-ə zəng edib və deputat kimi onlarla danışmaq istədiyini bildirib:

“TƏBİB-in bu məsələ ilə bağlı yanaşmasında iki qəbahət var: həkimlərə pul verilməyib və mənim müraciətimə 40 gündən çoxdur reaksiya göstərilməyib. TƏBİB məsuliyyətini başa düşməlidir. Mən TƏBİB-in başqa işlərinə qarışmıram, amma əlimdə olan faktları deməliyəm”.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine