
Kürdəmirin icra başçısı bu səbəbdən həbs olunub

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərova irəli sürülən ittihamlar məlum olub.
C.Cəfərov 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.
Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Əməliyyat zamanı icra başçısı ilə yanaşı, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanıldığı bildirilir.
Oxşar xəbərlər

SON DƏQİQƏ:İcra hakimiyyətində ƏMƏLİYYAT -
Son Xeberler

SON DƏQİQƏ: Abşeron rayonunda məmurlar həbs olundu...
Son Xeberler

Kürdəmirin həbs edilən icra başçısı kimdir? -
Son Xeberler

İcra Hakimiyyətinin şöbə müdiri belə həbs edildi -...
Son Xeberler

Baş prokuror Vilyam Hacıyevin oğlunu yenidən vəzif...
Son Xeberler

Ramiz Mehdiyevin “əlindən su içən” icra başçıları...
Son Xeberler