Sülhməramlılar vəziyyəti sabitləşdirmək üçün hər şey edirlər- Putin

18.12.2020 13:12 466 baxış sayı 2 dəq. oxuma
Sülhməramlılar vəziyyəti sabitləşdirmək üçün hər şey edirlər-

Azərbaycanla Ermənistan arasında baş verən qarşıdurmalar, təəssüf ki, çoxsaylı insan tələfatına səbəb oldu.

Bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələri dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında bildirib.

O qeyd edib ki, Qarabağla bağlı razılaşma bütöv bir şəkildə ardıcıl olaraq həyata keçirilir.

“Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirmək üçün mümkün olan hər şeyi edirlər. Qeyd edildiyi kimi, Rusiya Dağlıq Qarabağ bölgəsindəki qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün müəyyən vasitəçilik edir. Eyni zamanda, ATƏT-in Minsk qrupunda əldə olunan əsas razılaşmalarada əməl edilməsinə çalışdıq".

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: