Lavrov Paşinyanla Qarabağı müzakirə edib
İrəvanda səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Lavrov uzun müddət davam edən danışıqlardan sonra üç lider – Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 10 noyabrda Qarabağda qan tökülməsinə son qoyan və vəziyyəti sabitləşdirmək üçün fürsət yaradan bəyanat qəbul etdiklərini xatırladıb.
"Bizim sülhməramlılarımız bu sazişin həyata keçirilməsində fəal iştirak edir. Yaradılmaqda olan Dağlıq Qarabağa humanitar yardım üzrə qurumlararası mərkəz yeni strukturdur və humanitar istiqamətdə işləyəcək".
Görüşdə, həmçinin iqtisadi, enerji məsələləri də müzakirə edilib.
“Biz bu gün münasibətlərimizin bütün spektrinə baxmaqda maraqlıyıq", - deyə XİN rəbəri vurğulayıb.
Oxşar xəbərlər
Lavrov və Çavuşoğlu Qarabağı müzakirə edib
Son Xeberler
Çavuşoğlu və Lavrov Qarabağı müzakirə etdi
Son Xeberler
Çavuşoğlu və Lavrov Qarabağı müzakirə etdilər
Son Xeberler
Lavrov və Zərif Qarabağdakı vəziyyəti telefonla mü...
Son Xeberler
Prezident İlham Əliyevin Paşinyanla görüşü başlayı...
Xəbər Anı
İlham Əliyev Paşinyanla salamlaşmadı -
Son Xeberler