“Daxili siyasi gərginliyimiz var” - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə onun istefası tələbi ilə davam edən etirazlara münasibət bildirib.
O, bu barədə “TASS” agentliyinə müsahibəsində açıqlama verib.
“Daxili siyasi gərginliyimiz var, amma həqiqət budur ki, müxalifət tərəfindən edilən çağırışlar erməni cəmiyyətində geniş yayılmadı. Və düşünürəm ki, xalq tərəfindən qurulan hakimiyyət məsələsi yalnız xalqın iradəsinin ifadə edilməsi ilə həll edilə bilər. Fakt budur ki, müxalifətin etdiyi çağırışlar erməni cəmiyyətindən dəstək almır”,- deyə Paşinyan qeyd edib.
Paşinyan mövcud vəziyyətdən heç kimin məmnun olmadığını, ancaq cəmiyyətin də başqa bir seçiminin olmadığını anladığını bildirib.
“Düzü, mən də o qədər məmnun deyiləm, yaşadığımız vəziyyətdən hamımız narazıyıq. Ancaq hansı alternativlərimiz olduğunu anlamalıyıq. Vəziyyəti daha da pisləşdirmək üçün yox, sabitləşdirmək və yaxşılaşdırmaq üçün çalışmalıyıq”,- deyə o vurğulayıb.
Oxşar xəbərlər
“NATO həm qarşıdurmaya, həm da əməkdaşlığa hazırdı...
Son Xeberler
İlham Əliyev bu şəxsi təltif etdi -
Son Xeberler
Ermənistan yenidən müharibəyə başlayır
Son Xeberler
Sərhəddə döyüşlər bu səbəbdən başlayıb
Son Xeberler
“Onlar Ermənistanın başına bəla gətirdi” -
Son Xeberler
“Biz bu sualı etibarsız hesab edə bilərik”
Son Xeberler