
Şəmkirdə bacı-qardaş mağazalardan oğurluq etdilər FOTO

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaqda şübhəli bilinən Ağstafa rayon Köçəsgərli kənd sakinləri, əvvəllər məhkum olunmuş 36 yaşlı Eldəniz Qasımov və onun bacısı İlhamə Qasımova saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar cari ilin may-iyul aylarında rayon ərazisindəki mərkəzi bazarda yerləşən qadın geyimləri satılan 3 mağazadan 2160 manat dəyərində ümumilikdə 59 dəst qadın paltarı oğurlayıblar.
Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf edərək bildiriblər ki, əvvəlcədən planlaşdırdıqları kimi , ayrı-ayrı vaxtlarda mağazaya daxil olub, satıcının diqqətini yayındırmaqla oğurluq ediblər.
Hazırda həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoji cinayətləri törədib-törətməməsi istintaq tədbirləri ilə müəyyənləşdirilir.
Etiketlər
Oxşar xəbərlər

Tərtərdə oğurluq edən şəxslər saxlanıldı
Son Xeberler

Ailə faciəsi: 5 qardaş eyni evdə öldü
Xəbər Anı

Bakıda oğurluq edən qardaşlar tutuldu
Son Xeberler

Xüsusi icazə alıb oğurluq etdilər -
Son Xeberler

Bakıda evdən 50 000 manatlıq oğurluq edildi
Son Xeberler

Fuat Oktay Prezidentə başsağlığı verdi
Bugun.az