
Tərtərdə oğurluq edən şəxslər saxlanıldı

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində cari ilin yanvar və iyul aylarında rayon ərazisində yerləşən mağazalardan və evdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında rayonun Ağkənd ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən S.Nicati, K.Paşalı və E.Paşazadə saxlanılıb.
Araşdırmalarla onların 450 manat miqdarında 3 baş qoyun oğurladıqları müəyyən edilib.
Bundan başqa, keçirilmiş digər tədbirlərlə rayonun Evoğlu kəndində yerləşən 2 mağazadan siqaret, kontur və pul oğurlamaqda şübhəli bilinən rayon sakini A.Şahbazlı da saxlanılıb. Saxlanılan şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər.
Faktlarla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Xüsusi icazə alıb oğurluq etdilər -
Son Xeberler

Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanılı...
Azəri Xəbər

Bakıda məşhur kitab mağazasından oğurluq edən yeni...
Son Xeberler

16 minlik oğurluq edən şəxs saxlanıldı
Bugun.az

Bakıda oğurluq edən 3 şəxs saxlanıldı
Bugun.az

Bakıda oğurluq edən qardaşlar tutuldu
Son Xeberler