Son Xeberler
Son Xeberler

02.11.2020 12:37

6 abunə

341

Bakıda oğurluq edən qardaşlar tutuldu

Bakıda oğurluq edən qardaşlar tutuldu

Bakıda mağazadan oğurluq edən 3 qardaş saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail rayonu 20-ci sahə ərazisində yaşayan paytaxt sakini Ramin Tağıyev polisə müraciət edərək bildirib ki, ona məxsus mağazanın giriş qapısı naməlum şəxslər tərəfindən sındırılaraq içəridən 300 manat pul və 1700 manat dəyərindən müxtəlif çeşidli tütün məmulatları oğurlanıb.

Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri Vüsal, Namiq və Zamiq Vəliyev qardaşları saxlanılıblar. Onlar ifadələrində Səbail rayonunda daha 2 mağaza və bir kafedən kosmetik vasitələr, ətirlər, televizor və ərzaq məhsulları oğurladıqlarını bildiriblər. Qardaşlar oğurluq etdikləri 4 obyektdə ümumilikdə 6000 manata yaxın maddi ziyan vurublar.

Faktlarla bağlı Vüsal, Namiq və Zamiq Vəliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine