Səfərbərlik Xidmətindən əhaliyə MÜRACİƏT

21.09.2020 17:25 495 baxış sayı 1 dəq. oxuma
Səfərbərlik Xidmətindən əhaliyə

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, ehtiyatda olan hərbi vəzifəlilər hərbi təlimlərə çağırılır”.

Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Füzuli İsmayılov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu proses əvvəllər də həyata keçirilib. F.İsmayılov Azərbaycan ictimaiyyətinə də müraciət edib.

“Ehtiyatda olan hərbi vəzifəlirin hərbi təlimlərə çağırılması heç bir təşviş üçün əsas vermir. Bu proses planauyğun şəkildə həyata keçirilir”, - deyə F.İsmayılov əlavə edib.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: