
Vətəndaşlara “səfərbərlik SMS-i” göndərilib - Dövlət Xidmətindən XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı SMS göndərilib.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi olaraq bildirib ki, cəmiyyətdə çaşqınlıq yarada biləcək belə məzmunlu məlumatlar həqiqətə uyğun deyil.
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşları daha diqqətli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırır”.
Etiketlər
Oxşar xəbərlər

Azərbaycanda qismən səfərbərlik elan edilib
Son Xeberler

Bu gündən bütün icazələr ləğv ediləcək -
Son Xeberler

23500-dən çox şəxs könüllü orduda xidmət etmək ist...
Son Xeberler

Səfərbərlik Xidmətindən əhaliyə
Son Xeberler

Orduya könüllü yazılanların sayı 38 minə çatdı
Son Xeberler

SON DƏQİQƏ: Ermənistanda SƏFƏRBƏRLİK ELAN EDİLDİ
Son Xeberler