Səfərbərlik Xidməti könüllü döyüşə getmək istəyənlərə MÜRACİƏT ETDİ
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) vətəndaşlara müraciət edib.
Dövlət Xidmətindən bildirilib ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər.
"Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən olunmuş tələblərə əməl edilməsi, respublikamızda və xaricdə yaşayan vətəndaşların rahatlıqlarının, müraciət imkanlarının daha əlçatanlığının, həmçinin çoxsaylı vətəndaş müraciətlərinin qeydiyyatının operativliyinin təmin olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni elektron xidmət istifadəyə verib.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Dövlət Xidmətinin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olmaqdadır", - Dövlət Xidmətindən bildirilib.
Oxşar xəbərlər
Vətəndaşlara “səfərbərlik SMS-i” göndərilib -
Son Xeberler
"Kamil Zeynallı heç bir medal və mükafatla təltif...
Son Xeberler
Azərbaycanda qismən səfərbərlik elan edilib
Son Xeberler
SON DƏQİQƏ!
Son Xeberler
Könüllü döyüşə getmək istəyənlərin sayı
Son Xeberler
Gənclər döyüşə getmək üçün müraciət edib —
Son Xeberler