
Rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsi başa çatdı

Rusiyalı sülhməramlı kontingentin Dağlıq Qarabağda yerləşdirilməsi prosesi tam başa çatıb.
Bu haqda Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin keçirdiyi onlayn iclasda deyib.
“Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi başa çatıb və tapşırıqların icrasına başlanılıb”, - deyə Şoyqu bildirib.
Onun sözlərinə görə, bölgəyə ümumilikdə 250 təyyarə eniş edib, 1960 hərbçi və 552 texniki vasitə daşınıb. 23 müşahidə postu qurulub, Laçın dəhlizi və Xankəndiyə gedən yolun 28 kilometr hissəsi minalardan, partlayıcı qurğulardan, vurulmuş texnikalardan tam təmizlənib.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Şoyqu Qarabağa yerləşdirilən sülhməramlılarla bağl...
Son Xeberler

“Qarabağa sülhməramlıların yerləşdirilməsi həlledi...
Son Xeberler

“Sülhməramlılar Qarabağda həyatlarını riskə atırla...
Son Xeberler

Rusiya sülhməramlılarından Azərbaycana qarşı TƏXRİ...
Son Xeberler

"Sülhməramlıların Qarabağda mühasirəyə düşməsi yal...
Son Xeberler

Sülhməramlıların xərclərini bu ölkə qarşılayacaq
Son Xeberler