🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

"Sülhməramlıların Qarabağda mühasirəyə düşməsi yalandır"- Rusiya MN

17.12.2020 07:44 453 baxış sayı 2 dəq. oxuma
"Sülhməramlıların Qarabağda mühasirəyə düşməsi yalandır"-

"Rusiya sülhməramlılarının Qarabağda mühasirəyə düşməsi haqqında yayılan məlumatlar yalandır".

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Tərəflərdən birinin Dağlıq Qarabağda Rusiya sülhməramlılarını mühasirəyə alması ilə bağlı yayılanlar yalan məlumatlardır. Sülhməramlılarımızın Dağlıq Qarabağda istər müşahidə məntəqələrində, istərsə də atəşkəsə riayət olunmasına nəzarət prosesində nizamlı formada tapşırıqları yerinə yetirir".

Qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin qərargahı Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargahı ilə fasiləsiz olaraq qarşılıqlı əlaqədə olur, o cümlədən baş verə biləcək hadisələrin qarşısını alır.

Paylaş: