“Qarabağa sülhməramlıların yerləşdirilməsi həlledici rol oynadı” - Matviyenko

18.11.2020 10:12 495 baxış sayı 3 dəq. oxuma
“Qarabağa sülhməramlıların yerləşdirilməsi həlledici rol oynadı” -

“Rus sülhməramlılarının Dağlıq Qarabağdakı münaqişə zonasına yerləşdirilməsi qan tökülməsinin dayandırılmasında həlledici rol oynayıb”.

Bunu Rusiyanın Federasiya Şurasının spikeri Valentina Matviyenko çərşənbə günü keçirilən plenar iclas zamanı deyib.

“Bu gün Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin yerləşdirilməsinin qan tökülməsinin dayandırılmasında və uzun müddət əziyyət çəkən bölgəyə sülh gətirilməsində həlledici rol oynadığını görürük”,- deyə Matviyenko qeyd edib.

Matviyenko rusiyalı sülhməramlıların yalnız öz vəzifələrini deyil, həm də humanitar vəzifələrini yerinə yetirdiyini vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Federasiya Şurası Prezident Vladimir Putinin müraciəti əsasında xaricdəki silahlı qüvvələrin Dağlıq Qarabağda sülhməramlı missiya çərçivəsində istifadə edilməsinə razılıq verib.

 



V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: