
Rusiya səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Yanvarın 26-da Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-dən verilən məlumata görə, görüşdə Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi məsələsi Rusiya səfirliyinin müvəqqəti işlər vəkili qarşısında qaldırılıb, Dövlət Dumasının üzvünün bu davranışını qəti şəkildə pislənilib.
Həmçinin Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb. V. Milonovun səsləndirdiyi fikirlərin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyi və bu kimi addımların ölkələr arasında münasibətlərə xələl gətirmək və əldə olunan razılaşmanın həyata keçirilməsinə əngəl törətmək məqsədi daşıdığı vurğulanıb.
Oxşar xəbərlər

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran X...
Son Xeberler

Braziliya ABŞ-nin mühacirlərlə bağlı davranışları...
Bugun.az

ABŞ səfiri Rusiyanın koronavirus peyvəndindən imti...
Son Xeberler

Rəsmi Bakı Serbiyadan cavab gözləyir
Son Xeberler

İki nazir müavini DTX-ya çağırılıb -
Son Xeberler

Bu gecədən müvəqqəti humanitar atəşkəs elan olunur...
Son Xeberler