Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

27.10.2020 11:49 632 baxış sayı 2 dəq. oxuma
Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

Parisin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Floran İdalo Fransa rəhbərliyinin Məhəmməd peyğəmbər haqda nəşr edilən təhqiramiz karikaturaları dəstəkləməsinə etiraz olaraq İran Xarici İşlər Nazirliyinə dəvət olunub.

 İran XİN-in Avropa İşləri Departamentinin müdir müavini görüşdə Fransa rəhbərliyinin Avropa və dünyadakı milyonlarla müsəlmanın qəzəbinə səbəb olan bu hərəkətinin qəbuledilməz olduğunu bildirib, İslam Peyğəmbərinə qarşı təhqir və hörmətsizliyi kəskin şəkildə qınayıb.

Həmçinin Fransa rəhbərliyinin söz azadlığı adı altında islamofobiya və nifrət yaradacaq hərəkətləri ilə insanların dinc və sülh şəraitində birgə yaşayış prinsiplərinə zidd addımlar atmasının təəssüf doğurduğu qeyd olunub.

S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: