Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Braziliya ABŞ-nin mühacirlərlə bağlı davranışlarına etiraz etdi

28.01.2025 14:25 125 baxış sayı 1 dəq. oxuma Metbuat
​Braziliya ABŞ-nin mühacirlərlə bağlı davranışlarına etiraz etdi

Braziliya ABŞ-nin mühacirlərlə bağlı davranışlarına etiraz edib.

Metbuat.az xəbər verir ki, Braziliya Xarici İşlər Nazirliyi ABŞ-nin qeyri-qanuni braziliyalı mühacirləri əlləri qandallı deportasiya etməsindən sonra hərəkətə keçib. ABŞ-nin Braziliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Qabriel Eskobar Xarici İşlər Nazirliyinə çağırılıb. Açıqlamada deyilir ki, ABŞ-nin Braziliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Eskobarla Vaşinqtonun braziliyalı mühacirlərlə davranışları müzakirə edilib. ABŞ-ın müvəqqəti işlər vəkilinə bildirilib ki, Vaşinqtonun bu rəftarı mühacirlərin hüquqlarına açıqca məhəl qoymamaqdır.

Qeyd edək ki, braziliyalı qeyri-qanuni mühacirlər ABŞ-dən deportasiya edilmək üçün götürüldükləri təyyarədə əlləri bağlanmış vəziyyətdə görüntülənib. Braziliya hökuməti bu rəftarı pisləyib.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: