Son Xeberler
Son Xeberler

18.07.2020 18:08

6 abunə

1783

Ramil Usubov həmin gecə mitinqdə imiş — Gizli qalan video YAYILDI

Ramil Usubov həmin gecə mitinqdə imiş  —

Xəbər verdiyimiz kimi, iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub.

Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və Parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb.

Həmin gecə hadisə yerinə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da gəlib. R.Usubov yaranmış vəziyyətlə yerində tanış olub.

Mənbə: unikal.org

 

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine