
Moskvadakı mitinqdə gündəm olan Cumayev saxlanıldı - VİDEO

Yanvarın 23-də Moskvada baş vermiş mitinqdə Rusiyanın xüsusi təyinatlı çevik qüvvət zabitləri ilə əlbəyaxa döyüşən Çeçenistan vətəndaşı Səid Məhəmməd Cumayev Pskov vilayətində saxlanılıb.
O, Presnenski rayon məhkəməsinə aparılıb. Yaxın vaxtlarda toplanılan materiallar əsasında Cumayevin həbsi ilə bağlı qərar verilməsi gözlənilir.
Qeyd edək ki, hadisədən sonra gizlənən Cumayevin axtarışları 5 gündür davam edirdi. O, aksiya zamanı polis zabitlərinə qarşı yumruq və təpik zərbələri ilə diqqət çəkmişdi.
Cumayev Rusiyanın İstintaq Komitəsi tərəfindən Moskvadakı icazəsiz mitinqdə qanunsuz hərəkətlər faktı ilə başladılan cinayət işləri çərçivəsində tutulan beşinci şəxsdir.
Oxşar xəbərlər

Açıq-saçıq şəkillərimi gündəm üçün çəkdirmişəm
Şou Xəbər

Ryabkov ABŞ-nin Moskvadakı səfiri ilə görüşdü
Bugun.az

Mask Trampın Mitinqində İştirak Etdi
Bugun.az

Moskvada erməni diplomat döyüldü
Son Xeberler

Türkiyə kanalında qonaq olan məşhur müğənni rəqsi...
Şou Xəbər

Ermənistanda sula durulmur: Paşinyandan yeni HƏMLƏ...
Son Xeberler