“Qəddarlıq etmişəm, amma məni öldürməyin…” – Lukaşenkodan yalvarış
Belarus prezidenti Aleksandr Lukaşenko sensasion açıqlama ilə çıxış edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 17-də Minsk Traktor Təkəri Zavodunda (MZKT) tətil edən işçilərə müraciətlə: “Məni məhv etməyin!”, – deyə, çağırış edib.
“Mən əbədi deyiləm. Amma siz ilk prezidenti məhv etsəniz, qonşu ölkələrdə olduğu kimi, hamını məhv edəcəksiniz. Belaruslar bunu etməməlidirlər”,- deyə, Lukaşenko bildirib.
O, həmçinin müqəddəs olmadığını da söyləyib.
“Mənim qəddarlığımdan xəbərdarsınız. Onu da bilirsiniz ki, qəddarlığım olmasa idi, ölkə də olmazdı. Əmin ola bilərsiniz ki, sizin övladlarınızı incitmərəm, ölkəni də heç kimə vermərəm”, – deyə, o, vurğulayıb.
Bildirək ki, Lukaşenko sözügedən zavoda oğlu Nikolayla birgə helekopterlə gəlib. Zavodun ərazisi Prezidentin Təhlükəsizlik Xidməti tərəfindən qorumaya alınmışdı. Lukaşenko səlahiyyətlərini paylaşmağa hazır olduğunu bildirib, amma bunu təzyiq altında etməyəcəyini bildirib.
Lukaşenkonun çıxışı zamanı fəhlələr ”Çıx get!” şüarları səsləndiriblər.
Etiketlər
Oxşar xəbərlər
Sabirabadda intihar edən məmurun son sözləri -
Son Xeberler
Xalq artisti Röyadan onu qınayanlara sərt cavab
Şou Xəbər
“Məni ən çox üzən itkilərimizdir”
Son Xeberler
Evə çata bilmirdim… Gördüm ki, uşaqlar qapının ağz...
Son Xeberler
Azərbaycanda bu müğənniyə 10 yumurta, 2 çolpanı 3...
Şou-biznes xəbərləri
Məşhur aparıcı illər sonra övladlıq olduğunu öyrən...
Şou Xəbər