
“Çox deyirdiniz torpaq, indi gedin yaşayın” - Elton

Müğənni Elton Hüseynəliyev “Qarabağ sədası” proqramında qonaq olub.
Ifaçı efirdə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı danışıb. O, əslən Qubadlıdan olduğunu və tezliklə ora köçmək istədiyini söyləyib:
“Anasının tum sataraq böyütdüyü, Sumqayıtda şadlıq evində 5 şirvana oxuyan Eltonam. Bu gün xoşbəxtik, hamı vətənə qurbandır. Mən 1990-cı illəri görmüşəm, çörək növbəsinə dayanmağı yaşamışam.
İndi dövlətim gətirib məni gözəl kürsüdə otuzdurub. Bəzən deyirlər, Qərbi Azərbaycanlısan. Yox, Qubadlıdanam. Allahın izni ilə ora qayıdacam.
Orada müəllim işləyib, bu istedadı gənclərə öyrədəcəm, tələbələr yetişdirəcəm. Özümlə qəbirə aparmayacam ki…
Hamımız oralara getməyə borcluyuq. Zamiq Hüseynov, Manaf Ağayev də Füzuliyə getsin, budur meydan. Çox deyirdiniz torpaq, indi gedin”. (baku.ws)
Mədəniyyət və incəsənət haqqında yazıram. Teatr, kino, sərgilər - bunlar mənim dünyamdır. Bəzən yazmaqdan əvvəl tamaşaya gedirəm və bu həmişə ilham ve...
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Təzyiq olarsa, onda “F-16”ları görəcəksiz” -
Son Xeberler

“Bunların hamısını cəzalandıracağam” -
Son Xeberler

Ukrayna Rusiya ilə Torpaq Məsələsini Müzakirə edir...
Bugun.az

Ziya Məmmədovun qardaşına vəzifə verildi -
Son Xeberler

“Sarkisyan indi özünü mələk kimi göstərməyə çalışı...
Son Xeberler

“Paşinyan İlham Əliyevə zəng edib deməlidir ki...”...
Son Xeberler



