
“Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri + VİDEO

“Ana yıxılma ha, dik dayan... Nəfəsim bir azdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki, evə çatdım məni bərk qucaqla. Bu son görüşümüzdür, ana... Ana, sən şəhid anasısan, dik dayan!”.
Bu sözləri Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş 18 yaşlı Xəyyam Daşdəmirov ölümündən əvvəl yazmışdı.
Şəhid anası Vüsalə Daşdəmirova oğlunu belə xatırlayır:
“Xəyyam çox mərd, hörmətcil uşaq idi. Ancaq yaxşı sədaları gəlirdi. Xəyalları çox idi. Özü də vətənpərvər idi, özü istədi döyüşə getsin. Yaşı az idi, amma özü çox böyük idi. Qorxmaz idi, heç nədən qorxmurdu”.
Daha ətraflı Azərbaycan Televiziyasının hazırladığı süjetdə izləyə bilərsiz:
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

“Məni ən çox üzən itkilərimizdir”
Son Xeberler

Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurla...
Son Xeberler

Belarusda istefa verən tanınmış jurnalistlərin say...
Son Xeberler

Bayden rekord 74 milyon səs qazanıb
Son Xeberler

Çin-Almaniya əməkdaşlığı: Yarım-bərk halda batarey...
Texnologiya xəbərləri

“Qəddarlıq etmişəm, amma məni öldürməyin…” –
Son Xeberler


