🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Qaydaları pozan bütün şəxslər məsuliyyətə cəlb edilməlidir”

22.08.2020 11:44 447 baxış sayı 2 dəq. oxuma
“Qaydaları pozan bütün şəxslər məsuliyyətə cəlb edilməlidir”

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin öz bağında nəvəsinə toy mərasimi təşkil etməsi ölkənin ən gündəm məsələlərindəndir. Bu hadisə pandemiya dövründə karantin rejimi qaydalarının kobud surətdə pozulmasıdır və başqa heç cür dəyərləndirilə bilməz".

Bunu deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə qapalı məkanda təşkil olunan tədbirlərdə tibbi maskadan istifadə etməklə vətəndaşlara nümunə göstəriblər.

"Maraqlıdır ki, ölkə rəhbərliyinin karantin və eləcə də pandemiya qaydalarına tam əməl etməsi kontekstində Azərbaycan elminə başçılıq edənlərin bu qaydaları pozaraq daha sonra ona haqq qazandırmağa çalışmalarına nə ad vermək olar?

Daxili İşlər Nazirliyini AMEA Prezidentinin təşkil etdiyi toydan yayılan videolar əsasında araşdırma aparmağa və karantin qaydalarını pozan bütün şəxsləri inzibati məsuliyyətə cəlb etməyə səsləyirəm. Qanun hamı üçün eynidir. Burada AMEA Prezidenti ilə sadə vətəndaşın hüquqlarında heç bir fərq yoxdur və Daxili İşlər Nazirliyi məsələyə məhz bu kontekstdən yanaşmalıdır".

Paylaş: