🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Müxalifət Paşinyana cinayət işi açılmasını tələb edir

16.11.2020 18:19 379 baxış sayı 3 dəq. oxuma
Müxalifət Paşinyana cinayət işi açılmasını tələb edir

Yerevanda müxalifət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirir.

Müxalif “Daşnaksütyun” partiyasının nümayəndəsi Qeam Manukyan  Ermənistanın baş prokuroluğunun binası önündə keçirlən aksiya zamanı Paşinyana qarşı cinayət işi açılmasını tələb edib.

"Paşinyan öz hərəkətləri, qanunsuz əmrləri, təlimatları, addımları ilə etiraz səsini susdurmaq üçün siyasi repressiyanın, zorakılığın təməlini qoydu. Ölkəmizin təhlükəsizliyini və bütövlüyünü pozan, birliyimizi, demokratiya və söz azadlığını şübhə altına alan hərəkətlərinə görə Paşinyana qarşı cinayət işi açılmalıdır”, - deyə Manukyan bildirib.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan jurnalistlərə açıqlamasında bildirib ki, Paşinyana cinayət işi açılması “hüquq-mühafizə orqanlarının müqəddəs borcudur”:

“Ermənistanda artıq hakimiyyət mövcud deyil. Paşinyan artıq hüquq-mühafizə orqanlarına ümid etmir və siyasi rəqiblərini cilovlamağa çalışmaq üçün dəstələr yaradır. Polisi, MTX-ni və bütün hüquq-mühafizə sistemini bu cür proseslərin qarşısını almağa çağırıram. Paşinyana qarşı cinayət işi açmaq və onu məsuliyyətə cəlb etmək lazımdır”.

Paylaş: