12.11.2020 10:47
6
abunə
348
“Ümid edirik ki, Ermənistan dərs aldı” - Çavuşoğlu

“Razılaşmanı pozan fəaliyyətləri müəyyənləşdirəcəyik və bölgəni PUA-lar ilə yoxlayacağıq”.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda mətbuat konfransında bildirib.

“Atəşkəsi pozan Ermənistan idi. Biz Azərbaycanın yanında olacağıq. Rusiya ilə razılığa gəldik. Razılaşmanı pozan fəaliyyətləri müəyyənləşdirəcəyik və bölgəni PUA-lar ilə yoxlayacağıq. Ümid edirik ki, Ermənistan dərs aldı. Başqasının torpağına bir də belə hücum etməz. Bu müddətdə Minsk üçlüyünün də dərs götürməsi lazımdır”,- deyə Çavuşoğlu qeyd edib.

Çavuşoğlu bildirib ki, bölgədə sülhməramlı missiya çərçivəsində Rusiyanın rolu nədirsə, Türkiyənin rolu da eyni olacaq.

 

 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine