
Qatil balinaların batırdığı yaxtadakı ailə son anda xilas edildi

Portuqaliya sahillərində üç uşağı olan beş nəfərlik bir ailə yaxtaya hücum edən qatil balinaların səbəb olduğu faciədən sağ çıxıb. Hadisə zamanı gəmi su götürməyə başlayanda ailəni xilas etmək üçün Portuqaliya Hərbi Hava Qüvvələri dərhal işə qoşuldu. Hərbi helikopter yaxınlıqda olan balıqçı gəmisinin xilas etdiyi ailəni təhlükəsiz şəkildə bortuna götürdü. Helikopterlə xəstəxanaya çatdırılan ailə üzvlərindən heç kim zədə almayıb. Bu hadisə cümə gecəsi Lissabondan təxminən 75 dəqiqə şimalda yerləşən Penişe şəhərindən 55 dəniz mili cənub-şərqdə baş verib.
Hücuma məruz qalan Fransa bayraqlı "Ti'fare" adlı 36 metrlik yaxtada 8, 10 və 12 yaşlarında üç uşaq, anaları və ataları ilə birlikdə idi. Yaxtaya hücum edən qatil balina qrupu gəmiyə ziyan vurduqda, ailə SOS siqnalı göndərərək xilasetmə salına keçdi. Bundan sonra yaxınlıqdakı "Silmar" adlı balıqçı gəmisi köməyə çatdı.
Portuqaliya Hərbi Hava Qüvvələri ailəni balıqçı gəmisindən helikopterə götürərkən çəkilmiş kadrları paylaşıb. Mətbuat katibi bildirib ki: "Oktyabrın 10-u gecəsi EH-101 Merlin helikopterimiz Penişedən 50 km aralıda olan gəmidəki beş nəfəri xilas etmək üçün havaya qalxdı. Gəmi su götürməyə başlamışdı; ailə xilasetmə salına minərək xilas edilmişdi". Əməliyyata həmçinin Hərbi Dəniz Qüvvələrinin freqatı və Penişe Liman İdarəsindən xilasedici qayıq da qatılıb.
Ailənin Fransanın Lorian şəhərindən yola çıxdığı və yol boyu La Korunya və Portoda dayandığı məlum olub. Hazırda ailə Fransa konsulluğunun nümayəndələrinin dəstəyini alır.
Portuqaliya sahillərində son həftələrdə qatil balina hücumlarının sayı artıb. Ötən ay da oxşar bir hadisə zamanı Lissabonun cənubunda bir yaxtaya hücum edilmiş, heyət xilas edilmiş, lakin gəmi batmışdı. 2020–2023-cü illər arasında qeydə alınan təxminən 500 orka hücumunda gəmilərin 20 faizinə ziyan dəyib.
Portuqaliya Dəniz İdarəsi bu il dənizçiləri qatil balinalara qarşı xəbərdar etmək üçün 61 dəfə mesaj göndərib; ötən il isə bu rəqəm 45 idi.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Canavar Qatil" Filminin Sirri Aşkarlandı!
Texnologiya xəbərləri

Avstraliyada çox sayda balina tələf oldu
Bugun.az

Göldə boğulan iki nəfər insan zənciri ilə xilas ed...
Son Xeberler

MÖCÜZƏ! Qatarın altında qalmaqdan son anda qurtuld...
Son Xeberler

“28 ildən sonra Şuşa işğaldan xilas edildi, şükürl...
Son Xeberler

"Qatil Creed Mirage Steam Deck ilə uyğunlaşdırıldı...
Texnologiya xəbərləri