
Bulvarda dənizdə batan iki nəfər xilas edildi -VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə təcili məlumat daxil oldu. Məlumat Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində vətəndaşların dənizdə batma təhlükəsində olması ilə bağlı idi. FHN hadisə barədə məlumat yaydı.
Bu məlumatla əlaqədar dərhal hərəkətə keçildi. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı bulvarı" dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edildi. Həyata keçirilən operativ xilasetmə əməliyyatı uğurla nəticələndi.
Dalğıclar dənizdə batma təhlükəsində olan iki nəfəri xilas etdilər. Xilas edilənlər 1998-ci il təvəllüdlü Tavat Baxşeyiş qızı Şıxəliyeva və 1997-ci il təvəllüdlü Dünyamin Salam oğlu Şıxəliyev idi. Onlar xilas edildikdən sonra aidiyyəti üzrə təhvil veriliblər.
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"Son zəng" günü dənizdə batan Elmirin FOTOSU
Bugun.az

Bulvarda dənizə düşən qadın xilas edildi - VİDEO
Bugun.az

Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edildi
Son Xeberler

Türkiyənin Bodrum Sahillərində Miqrant Faciası: Re...
Son Xeberler

Sumqayıtda dənizdə batanların meyiti tapıldı
Son Xeberler

Xəzərdə batan şəxsin meyiti tapıldı -
Son Xeberler


