Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Avstraliyada çox sayda balina tələf oldu

19.02.2025 19:25 91 baxış sayı 1 dəq. oxuma Metbuat
​Avstraliyada çox sayda balina tələf oldu

Avstraliyada çox sayda balina sahilə çıxıb.

Metbuat.az xəbər verir ki, 60-dan çox balinanın öldüyü bildirilir. 97 balina isə yerli dairələrin səyi nəticəsində yenidən suya qaytarılıb. Bölgədəki mütəxəssislər və baytarlar xilasetmə işlərini davam etdirir. Xilasedicilər sağ qalma şansı ən yüksək olan balinalara üstünlük verərək, onları xilas etməyə çalışır.

Qeyd edək ki, balinaların qrup halında sahilə çıxmasının səbəbləri hələ tam məlum olmasa da, ekspertlər balinaların yemək axtararkən sahilə doğru getdiyini və ya bir şəxsin təsadüfən bütün qrupu sahilə sürüklədiyini ehtimal edirlər. Balinalar dünyanın ən böyük heyvanlarından hesab edilir. Onların çəkisi 1,5 tona çata bilir.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: