Qarabağımız alternativ enerji ilə necə İŞIQLANACAQ? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji üzrə böyük potensiala malik olan rayonlar ayrı-ayrılıqda nəzərdən keçirilməyə başlayıb.
Həmin rayonlarda külək və günəş enerjisi üzrə dəqiq potensialın müəyyən edilməsi üçün ölçü müşahidə stansiyalarının quraşdırılması həmçinin, bərpa olunan enerji mənbələrinin dəqiq potensialının hesablanması sahəsində görüləcək işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması nəzərdə tutulub.
Mövzu ilə bağlə açıqlama verən Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalov bildirdi ki, alternative enerji yə olan maraq bu sahəyə inverstorların da cəlbinə şərait yaradır.
“Təkcə 2016-cı ildə bu sahəyə investitsiyaların həcmi 10 milyard avrodan çox olub.Hazırda bir çox investorlar bu sahənin gələcək inkişafı potensialını dəyərləndirərək külli miqdarda vəsait bərpa olunan enerji sahələrinə xüsusilə də günəş enerjisinə ayırırlar.
Belə investorların marağını işğaldan azad edilən torpaqlarımıza yönəltmək lazımdır’’.
Murad Calalov deyir ki, azad olunmuş torpaqlar xarici və yerli investorlar üçün ən optimal ərazilər sayılır. Buna həmin torpaqların relief quruluşu və coğrafi yerləşməsi də şərait yaradır.
“Yerin səthinə düşən günəş şüasının həcminə görə Qarabağın cənub hissəsi (Füzuli, Cəbrayıl, Zəngilan rayonları) Naxçıvan MR-dan sonra ikinci yeri tutur.
Burada bir kvadrat metr səthə düşən günəş radiasiyasının həcmi ildə 1 600-1 700 kilovatt/saat təşkil edir: Bu ərazilərin ümumi Günəş enerjisi potensialı 3 000-4 000 meqavatta bərabərdir.
Azad olunmuş torpaqlarımıza xarici inverstorları cəlb etmək üçün əvvəlcə minalanmış əraziləri təmizləyərək, infrastruktur işləri aparmaq üçün yararlı vəziyyətə gətirmək lazımdır.
İnvestorlara yaxşı olardı ki, bu prosesin necə aparılması da nümayiş etdirilsin.Ola bilər ki, bu işlərə xarici investorların özləri də cəlb edilsin. Bütövlükdə hər hansı bir əraziyə vəsait yatırmaq üçün hər bir investorun maraqlarını qarşılamaq lazımdır’’.
Ekspert qeyd etdi ki, bu sahənin ildən-ilə genişlənməsi Qarabağda məşğulluğun artmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaqdır.
“Apardığım uzunmüddətli iqtisadi araşdırmalara əsasən qeyd edə bilərəm ki, 2018-ci ildə dünyada alternativ enerjinin quraşdırılmış gücü 2.501 giqavat olub.
Bunun əsas hissəsi su elektrik stansiyalarının, digər payı külək elektrik stansiyalarının ve günəş elektrik stansiyalarının payina dusur.
2024-cü ildə günəş enerjisinin istehsal gücünün 3 dəfədən də çox artaraq 1.195 giqavat-a, külək enerjisinin dəistehsal gücünün 1.411 giqavat-a çatacağı gözlənilir.
Proqnoza görə 5 ildən sonra ən çox alternativ enerji Çində (1.219 giqavat), sonra ABŞ-da istehsal olunacaq. Hindistan da Almaniyanı qabaqlayıb üçüncü yerdə qərarlaşacaqdır”.
Murad Calalov vurğuladı ki, Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, bərpa olunan enerji 2020-ci ildə qlobal elektrik istehsal gücünün 30% -ə çatıb.
IEA, bərpa olunan enerjinin kömürü keçərək 2025-ci ilədək dünyanın ən böyük elektrik enerjisi mənbəyi olacağını və dünya gücünün üçdə birini təmin edeceyini bildirir.
IEA günəşin ən parlaq gələcəyini görür və bu texnologiyanın bu böyümənin əksəriyyətinə güc verəcəyini proqnozlaşdırır.Bu fikri dəstəkləmək, günəşin bir çox ölkədəki yeni kömür və ya qazla işləyən elektrik stansiyalarından daha ucuz olacağı gözləntisidir, çünki yeni günəş layihələri indiyə qədər gördüyü ən ucuz elektrik enerjisini təklif edir.
Oxşar xəbərlər
Qarabağımız alternativ enerji ilə necə
Son Xeberler
Prezident Fərman imzaladı -
Son Xeberler
Rusiya Müharibəni Uzun Müddət Maliyyələşdirə Bilər
KIBRIT MEDIA
SOCAR-dakı dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA
Son Xeberler
Tesla Powerwall istifadəçiləri artmaqda davam edir...
Tesla Azerbaijan Community
Karbon Dioksidli Nəhəng Balon 18.000 Evi Enerji il...
Son Xeberler