
Elektrikli Avtomobillərdə Batareya İnqilabı Yaxınlaşır!

Çində elektrikli avtomobillər üçün yeni bir batareya texnologiyası hazırlanıb. Li-H adlı bu batareya sistemi, anod kimi hidrogen istifadə edən enerji həlli təklif edir. Litium əvəzinə hidrogenin istifadəsinə əsaslanan bu sistem, 2825 Vt/kq-lıq diqqətəlayiq nəzəri enerji sıxlığına çata bilir.
Adətən ənənəvi hidrogen batareyalarında katod kimi xidmət edən hidrogen, Çinli tədqiqatçılar tərəfindən yenilikçi bir yanaşma ilə anod olaraq istifadə edilib. Bu yenilikçi quruluş sayəsində təxminən 3 volt sabit işləmə gərginliyi əldə edilib və enerji sıxlığı əhəmiyyətli dərəcədə artırılıb.
Yeni sistemin diqqət çəkən cəhətlərindən biri də 99,7 faiz effektivliyə nail olunmasıdır. Enerjinin şarj və boşalma prosesləri zamanı demək olar ki, tamamilə qorunması həm enerji itkisini minimuma endirir, həm də istifadə zamanı yüksək məhsuldarlıq təmin edir.
Hazırladıqları batareya sistemini daha təhlükəsiz, iqtisadi və istehsala uyğun etmək üçün, komanda anodsuz alternativ bir versiya da dizayn edib. Bu üsulla 98,5 faiz kulon effektivliyinə nail olunub və sistem aşağı hidrogen səviyyələrində belə sabit işləyə bilib.
Li-H batareyalarının təklif etdiyi yüksək enerji sıxlığı və effektivliyi, ənənəvi nikel-hidrogen batareyalarını geridə qoyaraq, uzun mənzilli elektrikli avtomobillər, aviasiya tətbiqləri və geniş miqyaslı bərpa olunan enerji qurğuları kimi sahələrdə inqilab yarada bilər.
Oxşar xəbərlər

Tesla'ın Qurucu Ortağı Elektrikli Avtomobil Batare...
Texnologiya xəbərləri

CATL Elektrikli Avtomobillərin Mənzilini İkiqat Ar...
Texnologiya xəbərləri

Tesla Model Y Juniper: 20 İllik Ömür Mü?
Texnologiya xəbərləri

Bərk Halda Lityum Batareyalarının Performansını Ar...
Texnologiya xəbərləri

Uzun Müddət Qarajda Qalan Elektrikli Avtomobilin A...
Texnologiya xəbərləri

Elektrikli Avtomobil Doldurucuları üçün ƏDV Məhdud...
Bugun.az